12 İyun 2020 01:36
2 671
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Vasif Məhərrəmli oğlu Muradı görmək üçün "Bizimləsən" verilişinə müraciət edən müğənni Dana Dürdanəni tənqid edib.

Teleqraf.com xəbər verir ki, Vasif Məhərrəmli Dana Dürdanənin ünvanına sərt sözlər deyib:

"Həmişə sözü üzə deyən insan kimi tanınmışam. Verilişdə kimsə dedi ki, oğlunuz bilirdisə ki, yanınıza gəlirəm, sənəti atın. Dürdanə xanım isə cavab verdi ki, o, elə söz deməz. Amma mənim iki seçimim olsaydı, ya sənət, ya övlad, düşünmədəm övladımı seçərəm. Sonra heyva, nar, qarpız sataram, əkinlə məşğul olaram, kanalizasiya təmizləyərəm. Oxumağa görə övladını qurban vermək olmaz. Sizdə analıq hissi var. Nə qədər bibi, xala, dayı yaxşı olsa da ana qədər müdafiəyə qalxa bilməz. Mən çox istəyərdim ki, Murad gəlsin, anasına qovuşsun. Amma Dürdanə xanımın elə deməsi xoşuma gəlmədi".

Dana Dürdanə isə "19 yaşımda boşandım və ata, qardaş qəbul etmədi. Halal zəhmətimlə pul qazandım" deyərək Vasif Məhərrəmliyə cavab verib.

Qeyd edək ki, Dana Dürdanə ikinci dəfə ailə həyatı qurub. Onun ilk nikahından olan 17 yaşlı oğlu keçmiş həyat yoldaşı ilə yaşayır.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər