25 İyun 2020 12:10
1 032
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə yaşayan məşhur azərbaycanlı model Günay Musayeva sevgilisi Taha Tatlıcını bıçaqladığını etiraf edib.

Teleqraf.com xəbər verir ki, Günay Musayeva məhkəmədə ifadə verib:

"Üstümə gələndə özümü qorumağa başladım. Hadisədən sonra barışdıq. Qərar məhkəmənindir.

Hadisə baş verən zaman sevgilimlə restoranda yemək yedik, spirtli içki qəbul etdik. Daha sonra mənim evimə getdik. Evdə spirtli içkinin təsiri ilə mübahisə etməyə başladıq. Taha məni vurdu. Mətbəxə keçəndə masadakı meyvələrin üzərindəki bıçağı götürdüm, özümü qorumağa çalışdım, o, mənə yaxınlaşanda bıçaq qoluna dəydi".

Qeyd edək ki, Günay Musayeva keçmiş aktyor Tolqa Karel ilə evli olub. Onun bir oğlu var.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər