4 İyul 2020 13:26
1 243
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə yerləşdirilən əməkdar artist Bəhram Bağırzadənin səhhətindəki son vəziyyət haqqında məlumat verilib.

Mərkəzi Gömrük Hospitalının rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev Teleqraf.com-a açıqlamasında bu sözləri deyib: "Bəhram Bağırzadənin ümumi vəziyyətində ötən gün ərzində əhəmiyyətli dəyişiklik baş verməyib. Huşu aydındır və təyinat üzrə müalicəsi davam etdirilir".

Qeyd edək ki, Bəhram Bağırzadə iyunun 13-dən Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə yerləşdirilib.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər