17 İyul 2020 16:30
2 945
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xatirə İslam müğənnilərin toylara getməsi, bu səbəbdən yaxşı yaşaması haqda populyar fikrə münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, müğənni Xatirə İslam İnstaqramda bu sözləri yazıb: "Hamının sözünün əvvəli də, axırı da müğənni idi. Hamı gedib-gəlib yalnız müğənniyə və onun qazancına söz atırdı. Sanki bütün dünyada problemləri yaradan sənətçilərdir.

İndi nə müğənni var, nə də qazancı. Dünya dağılır. Hər şey yaxşıdırmı? Yenə də karantin dövründə kasıba, xəstəyə əl tutan, balasının boğazından kəsib, sizin gözünüzdə qalmaq xətrinə ehtiyacı olanlara kömək edən, bəzən qurunun oduna yaş kimi yanan, öz ailəsindən başqa on ailəyə baxan zavallı müğənnilər... Ən çox zəhməti olan və ləkə yapışan müğənnilər...

Bu gün Allah bizi sınayır və bizi mehribançılığa çağırır. Gəlin bir olaq. İmkan verməyək kimsə desin ki, oğluma müğənni almaram. Biz o şəraiti yaratmayaq, gec də olsa keçmiş sənətkarlarımız kimi özümüzü qapalı aparaq. Şəxsi həyat haqda bütün xalqın qarşısında danışmaq səmimi olmaq deyil, ağılsızlıqdır".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər