Mərkəzi Gömrük Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmiş əməkdar artist Bəhram Bağırzadənin səhhətindəki son vəziyyət haqqında xanımı Şəhla Bağırzadə məlumat verib.
Şəhla Bağırzadə Teleqraf.com-a açıqlamasında həyat yoldaşının son günlər səhhətinin yaxşılığa doğru getdiyini deyib: "Hələ ki, görüşəməmişik, danışa bilmir. Video görüntü ilə əlaqə saxlamışıq. Səhhəti stabildir və reanimasiya şöbəsindədir. Reanimasiyadan nə zaman çıxacağı haqda məlumat yoxdur. Bir müddət də reanimasiyada qalmalıdır".
Qeyd edək ki, Bəhram Bağırzadə iyun 13-də Mərkəzi Gömrük Hospitalının Reanimasiya şöbəsinə yerləşdirilib. Əməkdar artistin ağciyər toxumasının 90%-dən çox zədələndiyi məlum olmuşdu.
Əməkdar artist son günlər sosial şəbəkədə paylaşım etməyə başlayıb.