21 İyul 2020 16:54
1 477
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə yerləşdirilən əməkdar artist Bəhram Bağırzadənin səhhətindəki son vəziyyət haqqında məlumat verilib.

Mərkəzi Gömrük Hospitalının rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev Teleqraf. com-a açıqlamasında bu sözləri deyib:

"Bəhram Bağırzadənin ümumi vəziyyəti orta-ağırdır. Huşu aydın, fəaldır, palatada və reanimasiya şöbəsinin dəhlizində hərəkət edir. Telefondan istifadə edir. Bununla belə, narahat edən amil bədən hərarətinin yüksəlməsidir. Bunu nəzərə alaraq aparılan müalicəyə müəyyən əlavələr edilib".

Qeyd edək ki, Bəhram Bağırzadə iyunun 13-dən Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə yerləşdirilib.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər