10 Avqust 2020 11:50
6 886
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Aybəniz Haşımovanın qızı, gənc müğənni Aynişan Quliyeva sosial şəbəkədə həyat yoldaşı, fitness məşqçisi Kənan Əliyevlə bütün fotolarını silib.

Teleqraf.com xəbər verir ki, Aynişan Quliyeva ilə Kənan Əliyev İnstaqramda bir-birini qarşılıqlı izləmədən çıxarıblar.

Bununla sosial şəbəkə istifadəçiləri cütlüyün münasibətinin pisləşdiyini və ayrıldığını iddia ediblər.

Qeyd edək ki, Aynişan Quliyeva ilə Kənan Əliyevin toy mərasimi fevralın 1-də baş tutub. Kənan Əliyev fitness məşqçisi olmaqla yanaşı “Best model of Azerbaijan” yarışmasında “Ən yaxşı fitness model” seçilib.


Müəllif: Rəqsanə Həsənova