29 Avqust 2020 17:05
1 441
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Böyük oğlum bir ay əvvəl zəng etdi ki, bəs bizdə analizlərdə COVİD-19 çıxıb. Təşvişə düşdüm, soruşdum simptom var, cavab verdi ki, yoxdur".

Teleqraf.com xəbər verir ki, bu sözləri sosial şəbəkədə müğənni Nura Suri Amerikada yaşayan oğlu haqqında yazıb.

O, oğlunun koronavirusdan test verdiyini deyib: "Səhər baxdım ki, xanımı ilə mağazaya gediblər. Məəttəl qaldım ki, bəs sizdə karantin yoxdur? Dedi, 10 gün əvvəl analiz vermişik, cavab indi gəlib. Əgər bu vaxt ərzində simptom olmayıbsa, evdən maska ilə çıxa bilərsən. Əgər simptom varsa, evdə özün müalicə alırsan. Həkim təyinat yazmır. İki gün sonra isə təkrar analiz verdilər və cavabı neqativ çıxdı. Bu qədər bəsit yanaşma Amerikada...".

Qeyd edək ki, Nura Surinin üç oğlu var, ikisi Amerikada yaşayır.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər