31 Avqust 2020 18:42
1 423
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Avroviziya-2019" təmsilçimiz Çingiz Mustafayev ARB televiziyasında yayımlanan "Ayaqüstü söhbət" verilişinə qonaq olub.

Teleqraf.com xəbər verir ki, aparıcının "Yaxın günlərdə açıqlamanızda qeyd etdiniz ki, qadın açıq-saçıq geyinməməlidir" replikasına Çingiz Mustafayev belə cavab verib: "Qadınlar açıq-saçıq geyinməməlidir fikrini bildirməmişəm, sadəcə hər yerin öz geyimi var. Sosial şəbəkədə 50-100 dəfə bədəninin bəzi hissələrini çəkib göstərmək olarmı? O qədər abartılı edirlər ki, bu da adiləşməyə doğru gedir. Mən də adiləşməni istəmirəm. Bu gedişlə kişilərimizi də itirəcəyik... Söhbət yalnız geyimdən getmir.

Mən orada başqa şeylərdən də danışmışam. Baxırsan cavan qadındır və İnstaqram açıb, canlı yayımda söyüş söyür, siqaret çəkir. Elə gənclər böyüyür ki, onlar istər-istəməz bunu görürlər. Bəzi oğlanlar isə bütün günü "Tik-Tok"da göz süzdürür, dodağını dişləyir, saçını sığallayıb kameraya baxır. Və bu adam sənətçi, hansısa mədəniyyət işçisi deyil. Bu, sadəcə oğlandır. Bunu niyə edir, niyə bu qədər əzilib, büzülürlər?!

Mən neçə ildir ki, sənətdəyəm və yadıma gəlmir ki, kamera qarşısına keçim və elə hərəkətlər edim. Bu, kişi üçün estetik görünmür. Məsələn, qadınlar dekolteli geyinib, restorana gedə bilər, amma fitness kluba yox. Özü də üzündə yarım kilo makiyajla..."


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər