9 Noyabr 2020 13:57
1 627
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur diktor Nailə İslamzadə sosial şəbəkədəki paylaşımı ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, Nailə İslamzadə İnstaqramda video paylaşaraq Şuşa şəhərinin azad edilməsi haqqında bu sözləri qeyd edib: "Düz 28 il 6 ay əvvəl Şuşamızın işğalı günü AzTV-də diktor olaraq növbədə və ekranda idim, o günün xəcaləti və kədəri indiyə qədər üstümdə idi.

Bu gün o xəcalət hissini fəxarət hissinə dəyişə bildiyimə görə, Şuşanın işğaldan azad olunması xəbərini Ali Baş Komandandan sonra ilk olaraq efirdə səsləndirdiyimə görə çox xoşbəxtəm. Bu şəraiti mənə yaratdığı üçün İctimai televiziyanın rəhbərliyinə və "Sabaha saxlamayaq" verilişinin kollektivinə minnətdarlığım sonsuzdur".


Müəllif: Rəqsanə Həsənova