14 Noyabr 2020 17:26
6 284
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Nazpəri Dostəliyeva erməni evindən fotosunun çıxmasına münasibət bildirib.

Xalq artisti Teleqraf.com-a açıqlamasında bu sözləri deyib: "Mən xoşbəxt müğənniyəm. Azərbaycan sənətini bütün dünyada sevdirmişəm, hətta düşmənlərimizə belə. Mən bununla fəxr edirəm və düşünürəm ki, hamımız bununla fəxr etməliyik. Mən bir neçə dəfə Almaniyada, İsraildə kliplərimin yayımlanmasını görmüşəm.

Təsadüfən taksidə gedərkən gördüm ki, monitorda kliplərim yayımlanır. Düzdür, çox təəccübləndim və sevindim. Amma bu gün mən təəccüblənmirəm. Bir halda ki Azərbaycan musiqisini bütün ölkəyə sevdirmişəmsə, demirəm ki, Nazpərini sevirlər, özümü xoşbəxt sənətkar hesab edirəm. Bu gün onlarda şəklimin olması məni təəccübləndirmir. Düşünürəm ki, hamımız bununla fəxr etməliyik. Hətta mənfur erməniləri belə diz çökdürmüşük ki, bizim musiqilərə qulaq asır".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər