Əməkdar artist Aybəniz Haşımovanın qızı, gənc müğənni Aynişan Quliyeva həyat yoldaşı, fitness məşqçisi Kənan Əliyevdən rəsmən boşanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə İnstaqramda hekayə bölümündə Aynişan Quliyevanın həyat yoldaşı Kənan Əliyev məlumat verib: "Belə olmasını istəməzdik, amma belə oldu. Ordan-burdan eşidib, sonra reklamdı deməyin. Biz rəsmi olaraq ayrıldıq"
Qeyd edək ki, cütlüyün toy mərasimi fevralın 1-də baş tutub.