11 Dekabr 2020 11:47
1 842
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məhşur kikboksçu, "Mauqli" ləqəbli Zabit Səmədov "Kuruluş Osman" serialının çəkiliş meydançasından Azərbaycan xalqını təbrik edib.

Teleqraf.com xəbər verir ki, Zabit Səmədov "Birinci Studiya"ya açıqlamasında təbrikini çatdırıb.

""Kuruluş Osman" serialından Azərbaycan xalqını salamalayıram. Şanlı qələbəmiz münasibəti ilə bütün Azərbaycan xalqını təbrik edirəm. Şəhidlərimizə Allahdan rəhmət diləyirəm, yaxınları və valideynləri qarşısında baş əyirəm. Bir daha Azərbaycan xalqını qələbə münasibəti ilə təbrik edirəm. Qarabağ Azərbaycandır", - deyə o qeyd edib.

“Kuruluş Osman” serialının ssenaristi Mehmet Bozdağ da təbrikə qoşulub: "Rəbbimə şükürlər olsun ki, bu gözəl günləri bizə göstərdi. Bu böyük zəfər üçün qan tökən, canından keçən qəhrəman ordumuzu təbrik edirəm. İgid əsgərlərimizi yetişdirən analarımızın əlindən öpürəm".


Müəllif: Rəqsanə Həsənova