"Çiçək” ləqəbi ilə tanınan aparıcı Şəhla Vakkas rəhbərlik və aparıcılıq etdiyi Araz FM-dən (103.3 FM) ayrılması haqqında yayılan xəbərlərə münasibət bildirib.
Teleqraf com xəbər verir ki, Şəhla Vakkas İnstaqram hesabının hekayə bölümündə işdən ayrılmasını inkar edib: "İndi canlı radio yayımda şəhidlərimizin adlarını ruhum oxuyur? Nə vaxt getmişəm?!"
Qeyd edək ki, Şəhla Vakkasın işdən ayrılması haqda xəbəri "MediaTime.az" yayıb.