21 Dekabr 2020 18:28
1 089
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəlini Canana tərəfindən saxtakarlıqda günahlandırılan əməkdar artist Mətanət İsgəndərliyə dəstək olan tanınmışlar sırasına müğənni Afət Fərmanqızı da qoşulub.

Teleqraf.com xəbər verir ki, Afət Fərmanqızı İnstaqram hesabında əməkdar artist Mətanət İsgəndərli ilə fotosunu paylaşaraq bu sözləri qeyd edib:

"Gəlin, belə sənətlarlarımıza dəstək olaq. Sənətkarlarımızın ailə daxili məsələlərində həssaslıq göstərək. Mətanət xanımı tanıyan birisi kimi deyirəm ki, hər zaman kasıblara əl tutan, kasıbların yanında duran, qəlbi də özü kimi gözəl olan sənətkarımızdır".

Qeyd edək ki, Canana Mətanət İsgəndərlinin oğlu Kərimlə evlidir. Hazırda cütlüyün münasibəti ev məsələsinə görə korlanıb və onlar ayrı-ayrı evlərdə yaşayırlar.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər