Əməkdar artist Mətanət İsgəndərli ATV-nin "Birəbir" verilişində ailəsindən danışıb.
Teleqraf.com xəbər verir ki, Mətanət İsgəndərli bu sözləri deyib: "Elə haqsızlıqlar görürük ki... Bəndə səni bağışlamasa, Allah da bağışlamayacaq. Siz fikir verirsiniz ki, nə qədə boşananlar var, bu, fəlakətdir. Övlad olanda bu daha bəlalıdır. Ona görə də ana dözməli və özünü qurban verməlidir. Ana hər şeyi fəda etməlidir. Balasından ötrü hər şeyə dözməlidir.
Biri var, ailə quranda gənc olursan. Biri də var, 30 yaşında ana olursan. Sən düşünmürsən ki, o uşaqlar nə qədər zərbə alırlar və gələcəkdə sağlam ola bilmirlər. Onların psixoloji problemləri olur, qəlbləri sınır.
Mən özümdən deyim, körpə olandan oxumuşam, amma valideynlərim bu sənətə gəlməyimə icazə vermədilər. Dedilər ki, qız nədir, oxumaq nədir. Baxmayaraq ki, musiqiçi ailəsində böyümüşəm. Onuncu sinfi bitirən kimi ərə getdim. Mən o istəyimi öldürdüm. İki övlad dünyaya gətirdim. Mənim bu sənətə gəlməyimə qaynanam da, həyat yoldaşım da razı olub. Bunu heç vaxt itirmərəm. Allah həyat yoldaşıma rəhmət eləsin.
Əsas niyyətdir, düşünməmişəm ki, ailə quracam, ailəmi yıxacam. Buna Allah şahiddir, mənim niyyətim heç vaxt pis olmayıb. Amma adamlar var ki, deyir, ailəmi də, evimi də yıxaram, mən sənətə gəlmək istəyirəm. Bu, doğru deyil, vicdansızlıqdır. Sənə həyat yoldaşın, qaynanan, anan hallalıq verməsə bunun axırı yoxdur. İnsana ömür yoldaşı lazımdır. Mən ailəmi çox gənc yaşda itirmişəm, alın yazısına, qismətə də inanıram.
İki övladımı tək saxlamışam və ona görə də bilirəm ki, tək övlad böyütmək necə çətindir. Həyat yoldaşım ailə qurdu, mən yox. Ailə qurmaq kişi üçün asandır. Mən uşaqlarıma görə ailə qura bilmədim. Bilirdim ki, ögey ata uşaqlarımı incidəcək. Mən balalarıma görə özümü qurban elədim. Mənə o qədər ailə qurmaq təklifi edilib ki...".
Qeyd edək ki, Mətanət İsgəndərli gəlini Canana ilə qalmaqalı ilə gündəmdədir. Onun gəlini sosial şəbəkədə əməkdar artistin ünvanına bu sözləri yazıb: "İllərimi saxtakar qadının yanında keçirdim. Hansı ki, yalnız özünü düşünən, özü üçün yaşayan, insanların saflığından istifadə edən, öz yaşadığı pis həyatı gəlininə arzulayan saxtakar qadınının..."
Xatırladaq ki, Canana Mətanət İsgəndərlinin oğlu Kərimlə evlidir. Hazırda cütlüyün münasibəti ev məsələsinə görə korlanıb və ayrı-ayrı evlərdə yaşayırlar.