Aparıcı Vüsalə Kərimova yaxın günlərdə həyat yoldaşından ayrılan müğənni Yaşar Cəlilov ilə münasibətindən danışıb.
Teleqraf.com xəbər verir ki, Vüsalə Kərimova İnstaqramda hekayə bölümündə Yaşar Cəlilovun ailəsinin dağılmasında onu günahlandıranlara cavab verib:
"Yaşar və ayrıldığı həyat yoldaşı bir tərəfdə qalıb, insanlar məndən yazırlar, qəribədir. Nə istəyirsiniz? Siz məni tanımadan həyatıma niyə burnunuzu soxursunuz? Sizə bu icazəni kim verib?
Bu, mənim həyatımdır və necə yaşayacağımı özüm bilərəm. Yaxşım da, pisim də mənə məxsusdur. Mən, uşağım ac qalanda qapımı döyüb yemək vermisiniz? Yaşarın özü və ailəsi bilər. Boşanan bir tərəfdə qalıb, o qızdan güldən ağır söz eşitmədim. Mənim dərdim sizə təsir edir? Nə istəyirsiniz? Düşünürsünüz ki, sizin təhqiramiz ifadələriniz həyatıma son qoyacaq?
Bu olmayacaq, bunu görməyəcəksiniz. Elə bilirsiniz ki, düşmənlərimi tanımıram?! Onlar mənim həmkarlarımdır. Mən Yaşar Cəlilovla on ildir işləyirəm. Yaşar Cəlilov illər əvvəl efirə çıxanda 200 manat ciblərinə basırdı. Mən bunun qarşısını aldım. Pul versəydim, yaxşı adam olacaqdım. Yaşar və Vüsalənin həyatı sizi bu qədər maraqlandırır? Biz həyatımızdan məmnunuq. Sizə nə düşüb? Kim-kim ilə evləndi, boşandı, sabah kimlə ailə quracaq? Sizə nə? Ürəyim istəyər ailə quraram, həyatımı sıfırdan başlayaram. Sizə nə ay bədbəxtlər?!"
Qeyd edək ki, Vüsalə Kərimova aparıcı Yaşar Cəlilovun prodüseridir.