Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) həkimi Nuru Bayramov "Elgizlə izlə" verilişində Rəmişin son durumu haqqında məlumat verib.
Teleqraf.com xəbər verir ki, Nuru Bayramov xalq artistinin səhhəti haqqında bu sözləri deyib: "Onda hepatit c mənşəli xroniki qara ciyər xəstəliyi var. Ağ ciyərində də problem var. Hazırda Rəmiş müəllimi qara ciyər transplantasiyasına namizəd kimi qəbul edirik. İndi müalicə davam edir, ilk növbədə ağ ciyərini yoxlayırıq. Bu arada da vaxt itirməmək üçün hepatit c-nin müalicəsinə də başlanıb. Müalicə alt ay davam edəcək. Ağ ciyərində hər hansı problem olmasa yaxın gələcəkdə qara ciyər transplantasiyasını həyata keçirəcəyik".