13 Yanvar 2021 16:47
2 169
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin məşhur futbolçusu Məsud Özil Çamlıcada 10 milyon dollara lüks villa satın alıb.

Teleqraf.com xəbər verir ki, futbolçu villanın dekorasiya işlərini həyat yoldaşı Əminə Gülşəyə həvalə edib.

Özil villada həyat yoldaşı və beş yaşlı qızı Eda ilə yaşayacaq.

Qeyd edək ki, futbolçunun "Fənərbaxça"ya transfer olunacağı gözlənilir.


Müəllif: Rəqsanə Həsənova