25 Yanvar 2021 16:45
3 363
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Aybəniz Haşımovanın qızı, blogger Aynişan Quliyeva sosial şəbəkə istifadəçilərinin suallarını cavablandırıb.

Teleqraf.com xəbər verir ki, "Survivor" yarışına qatılması haqqında ünvanlanan suala Aynişan Qiliyeva: "Yarış mənlik deyil, acından ölərəm. Həm də o qədər aktiv ola bilmərəm" - deyə, cavab verib.

Aynişan Quliyeva televiziyalardan aparıcılıq təklifi aldığını da etiraf edib: "Aparıcılıq təklifi çox gəlib və hələ də gəlir. Amma özümü hazırda televiziyalarda görmək istəmirəm".

"Azərbaycandan köçürsünüz?" sualına isə o, belə cavab verib: "Planlarım hələ ki, sirr olaraq qalsa yaxşıdır".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər