Xalq artisti Aygün Kazımova ATV maqazin onlarla" verilişində etirafları ilə diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, Aygün Kazımov aparıcının "Şou-biznes nümayəndələri arasında fanatlarınız çoxdur?" sualına "Guya bu gün məni qəbul etməyən müğənnilər var. İnanın ki, məni o qədər sevirlər. Şüuraltı Aygün Kazımova orada öz taxt-tacında elə gözəl oturub ki..." - deyə, cavab verib.
Aygün Kazımova sevgilisinin olmadığını da etiraf edib: "Şəxsi həyatımda kimsə yoxdur, amma sevgi hissi var".
Xalq artisti "Xəyanəti bağışlamısınız?" sualına isə "Xeyr, xəyanəti bağışlamamışam. Mənə bir dəfə xəyanət ediblər, bunu bildim və bağışlamadım.
Sədaqətsizlik, bir insanı satmaq başqa hisdir. Xəyanət oldu və çox xoşbəxtəm ki, bağışlamadım".
Aygün Kazımova rəsmi olaraq keçmiş həyat yoldaşından ayrılmadığını da etiraf edib: "Rəsmi şəkildə boşanmamışam".
Aygün Kazımova kişilərin ona sevgi etiraf etməkdən çəkindiyini də vurğulayıb: "Məni xanımlar daha çox sevirlər. Kişilər də məni çox sevirlər, amma etiraf etməyə qorxurlar. Kişilər qorxaqlaşıblar... Mən güclü qadınam və kişinin də mənimlə dostluğu üçün güclü olması lazımdır. Səhnədə və həyatda başqa insanam. Məni yanlış tanıdıblar".
Aygün Kazımova illər öncə intihar etdiyini də açıqlayıb: "Möcüzəvi bir şəkildə qurtardım. O haqda danışmaq istəmirəm. Amma intihar olub. Keçməkeşli, ağ-qaralı yol gəlmişəm. Həmişə uşaqlara deyirəm ki, çalışın yıxılmayın. Yıxılandan sonra başını qaldırıb baxırsan ki, səni itələyən kim idi? O çox ağırdır. Kişi də qadına xəyanət edəndə bacarırsa, qadın bilməməlidir. Yox əgər bildirirsənsə, o halda ədalət, vicdan haradadır?".
Xalq artisti Röya Ayxan ilə küsülü olmadığını da bildirib: "Biz küsülü olmamışıq. Mən elə bir hiss yaşamamışam. Bəlkə də Röya məndən küsüb. Küsübsə, uman yerdən küsərlər. Başqa küsmək haqqı yoxdur. Çünki yaşda ondan böyüyəm".