9 Fevral 2021 17:43
2 337
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Rafiq Hüseynovun həyat yoldaşı Güllü Hüseynova özünü Rəmişin keçmiş həyat yoldaşı kimi təqdim edən Arzu adlı xanıma cavab verib.

Güllü Hüseynova Teleqraf.com-a açıqlamasında bu sözləri deyib:

“Bilmirəm, məndən nə istəyirlər? Rəmişin, yoxsa özümün dərdini çəkim? Danışsınlar, heç nə eşitmək istəmirəm. 1978-ci ildən Rəmişin rəsmi həyat yoldaşıyam. O qadının indi üzə çıxmasının səbəbini bilmirəm. Onlar 42 ildən sonra nə axtarırlar? Rəmiş mənimdir və onu heç kimə verməyəcəm.

Rəmişin iki dəfə rəsmi nikahı olub. İlk nikahından iki qızı var. Həyat yoldaşı ziyalı ailənin övladı olub, xarakterləri uyğun gəlməyib, ayrılıblar. Bu xanımla maraqlanmıram, evimə gəlməsi, dörd ay mənzilimdə qalması haqqında belə düşünmürəm. Mənim üçün bu dəqiqə əsas qayğı Rəmişin sağalıb, ayağa qalxmasıdır. Kim nə istəyir danışsın. O qadının oğlu haqqında heç vaxt sual verməmişəm. Kimin oğlu var-yoxdur bilmirəm. Ölənə Allah rəhmət eləsin”.

Qeyd edək ki, Arzu adlı xanım ARB-də Rəmişlə ailəli olduğunu iddia edib: “Məni Rəmiş qaçırmışdı. Oğlum Hüseyn 1980-ci ildə dünyaya gəldi. Oğluma Rəmişin istəyi ilə atasının adı qoyuldu. Rəmişin iki qızı var, Hüseyni qızları ilə dəfələrlə görüşdürüb.

Rəmişin ata evində onunla uzun müddət yaşamışıq. Anam gördü, arada yoxa çıxır, sonra gəlir. İkinci dəfə belə olanda bildirdi ki, bir daha gəlmə, belə ailə olmaz. Heç vaxt davamız olmayıb. Məni heç vaxt incitməyib, döyməyib”.

Xatırladaq ki, Rafiq Hüseynov hazırda Bakı Sağlamlıq Mərkəzində reanimasiya şöbəsindədir.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər