15 Fevral 2021 16:21
2 025
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti, Dünya çempionatının gümüş mükafatçısı, Olimpiya və ikiqat Avropa çempionu Elnur Məmmədli Teleqraf.com-un "Sözünü de" rubrikasında qonaq olub.

İdmançı Vətən Müharibəmizdən danışıb.

Erməni idmançılarına dəfələrlə qalib gələn Elnur Məmmədli beynəlxalq tribunalarda ermənilər tərəfindən provokisiyalara məruz qaldığını bildirib: "Çox qorxaq, cılız millətdir. Mən həmişə ermənilərə qalib gəlmişəm. Onların idmançıları belə təlxəkdir. Heç vaxt erməniləri özümə rəqib saymamışam. Mənimlə qarşılaşda qorxurdular, həyəcanlanırdılar. Təlim-məşq toplantılarında üz-üzə gələndə provokasiylar edirdilər".

Elnur Məmmədli Fransada təhlükə ilə üz-üzə qalması haqqında da danışıb: "2007-ci ildə Fransda fransız idmaçısına qalib gəldim. Azarkeşlər tribunalarda nə vardırsa, mənə atırdılar. Məni dərhal oradan çıxardılar".

Varlı olması haqqında şayiələrə son qoyan idmançı “Gələcəkdə millət vəkili olacaqsınız? “ sualına da cavab verib.

Elnur Məmmədli ilə video müsahibəni təqdim edirik:


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər