19 Fevral 2021 18:10
1 299
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin məşhur sənətçisi Sinan Akçıl keçmiş həyat yoldaşı, aktrisa Burcu Kıratlı ilə yenidən evlənir.

Teleqraf.com xəbər verir ki, ikinci dəfə evlənməyə hazırlaşan Sinan Akçıl və Burcu Kıratlı fevralın 22-də nikah masasına əyləşəcək.

Burcu Kıratlının ailəsində şam edən cütlük avtomobillərinə minərkən görüntüləniblər.

Qeyd edək ki, Sinan Akçıl və Burcu Kıratlı 2018-ci ildə Amsterdamda evlənmişdilər. Cütlük doqquz ay sonra boşanmışdı.


Müəllif: Rəqsanə Həsənova