Müğənni Günay İbrahimli MTV Azərbaycan kanalında qonaq olub.
Teleqraf.com xəbər verir ki, Günay İbrahimli şou-biznesdəki paxıllıqdan danışıb:
"Şou-biznesdə hər kəslə münasibətim gözəldir. Küsülü olduğum insan yoxdur. Sadəcə olaraq dostluq eləmirəm. Bu o demək deyil ki, mən onları bəyənmirəm. Sadəcə olaraq fikir vermişəm qızlar arasında paxıllıq olur, oğlan müğənnilər isə bildirmirlər. Amma qızlar bir az keçən kimi bildirirlər. İçlərində səmimiləri də, qeyri-səmimiləri də var. Insan hiss edir də sənə qarşı kim səmimi, kim qeyri-səmimidir. 10 nəfər yaxşı ifaçı varsa, top beşlikdəyəm. Niyə də yox? Xəyanəti bağışlamıram. Dost xəyanəti də görmüşəm. Mənə yalnış hərəkətlər ediblər, yaşamışam. Zaman keçir, insan həyatdan dərs götürür. Insan başına gəlməyincə bilmir. Zamanla insan püxtələşir, oturuşur, düzgün seçim edə bilirsən, bunlar şərtdir. Mən hər il nəsə öyrənirəm, daha təmkinli olmuşam. Çox emosional bir xanımam. Amma o emosiyamı bir az azaltmışam. Özümdə olan səhvləri çalışıram ki, düzəldim".
Müğənni ana olmaq istəyindən də danışıb:
"Ana olmaq duyğusu var. Bütün xanımlar kimi məndə də var. Günay, necə ana olacaq? Övladlarıma qarşı yüz faiz tələbkar olacam".