"Speys" televiziyasında fəaliyyət göstərən aparıcı Turan İbrahimovun efir günü dəyişib.
Teleqraf.com xəbər verir ki, "Speys Xəbər"in aparıcısı efirə şənbə günləri çıxacaq:
"Qərara gəldik ki, “Speys Xəbər”in əsas buraxılışında müəllif və aparıcı olaraq davam etdirdiyim fəaliyyətimi həftə içi beş gündən, həftə sonu bir günə keçirim və bol-bol analitika təqdim edim.
Həftə içi beş gün “Speys Xəbər”in 20:00 buraxılışlarını sizə gözəl həmkarlarım təqdim edəcəklər. Təbii ki, dostum Eldəniz Vəliyevin rəhbərliyi altında. Şənbə günləri 20:00-da görüşərik.
Mövsümlə əlaqəli çoxlu iş səyahətlərim olacaq. Hamımıza uğurlar!".