22 Aprel 2021 10:14
9 592
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Röya Ayxan Xəzər televiziyasında yayımlanan "Dəyişən cavab" verlişində qonaq olub.

Teleqraf.com xəbər verir ki, Röya Ayxan keçmiş həyat yoldaşı Anar Cəlilovu hələ də sevdiyini etiraf edib.

"Mən hələ də inana bilmirəm ki, o, mənim həyatımda yoxdur. Mən Anarı çox sevmişəm. Bəlkə bu gün də onu sevirəm. Onu gördüm, mənə çox pis təsir elədi", - xalq artisti deyib.

Qeyd edək ki, Röya Ayxanla Anar Cəlilov cütlüyünün bir oğlu var.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər