24 Aprel 2021 20:37
1 581
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Röya Ayxan müğənni İzzət Bağırovun təqdim etdiyi “İzzət şou” verilişinin qonağı olub.

Teleqraf.com xəbər verir ki, verilişin ilk efir günündə Xalq artisti duet ortaqlarından danışıb:

“Mən verilişlərin ilk buraxılışına adətən getmirəm. Deyirəm ki, bir neçə proqramı izləyim, gedişata baxım, sonra. İzzət illərin sənətkarıdır, ona görə tərəddüd etmədən gəldim. İnanıram ki, bu veriliş vasitəsilə səhnəyə yeni gənc müğənnilər gələcək. Mən də gənclərə dəstək oluram. Baxıram ki, hansı ifaçı mənimlə duet oxuduqdan sonra yerində saymayacaq, üzərində işləyəcək. O zaman onunla duet oxuyuram, dəstəyimi göstərirəm”.

Röya İzzət Bağırovla olan dostluğundan da bəhs edib:

“İzzət ancaq səhnədə dostluq etmir. Həyatda da insanın yanında olur. Bir qadın kimi problemin olsa, kimsə səni narahat edirsə, İzzət sənə köməyə gələr. Ədalət Şükürov da dostlarına qarşı belədir”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər