Məşhur türkiyəli müğənni Hadisə “İnStyle” jurnalına açıqlama verib.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, şəxsi həyatından və sənətindən bəhs edən Hadisə Türkiyədə yaşamağın çətinliyindən danışıb:
“Üç illik fasilədən sonra yazda “Nerdesin Aşkım” albomunu təqdim etdim və çox uğurlu alındı.
22 oktyabrda 29 yaşmı qeyd etdim. Həyatımın üçüncü 10 illiyinə başlamışam və bu, həqiqətən tam fərqli bir hissdir. “Nerdesin Aşkım” klipinə ilk dəfə baxanda anam yanımda idi. Bir-birimizə sarılıb ağladıq. Nə qədər güclü qadın olsam da, əslində duyğusalam.
Həmişə gözəl və xoşbəxt görünməyə çalışmaq çox çətindir. Təəssüf ki, bizim ölkədə kişilərlə müqayisədə qadınların üstünə daha çox gedirlər. İnsanlar həddindən artıq rəhmsizdirlər. Sentyabrda 10 qadın haqqında danışırdılarsa, onlardan biri də mən idim”.
Teleqraf.com Hadisənin jurnal üçün etdirdiyi yeni fotosessiyanı təqdim edir:
Rüstəm