1 İyun 2021 10:04
1 529
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Sosial şəbəkələrə yavaş-yavaş alışdım. Asılı olmadım, amma işimin bir parçasına çevrildiyi üçün zamanla ayaqlaşdım. 15-20 il əvvəl tamaşçılar ancaq bizi televiziyalarda görürdülər, şərhlərin yazılmasına tribuna yox idi. Zamanla şərhlərə də alışdım. Tənqidlərdən nəticə çıxarmağa çalışdım, amma təhqiri qəbul etmədim, qəbul etməyəcəm".

Teleqraf.com xəbər verir ki, bu sözləri İnstaqramda Xalq artisti Zülfiyyə Xanbabayeva yazıb.

O, sosial şəbəkələrdə tənqid edilən həmkarlarını müdafiə edib: "Bu yazdıqlarımı təkcə özüm üçün yox, başqa sənət yoldaşlarımın yerinə qoyaraq yazıram. Biz müğənnilərin həyatı şəkillərdə alışdığınız kimi hər zaman göz qamaşdıran və parlaq olmur. "Nə edim, necə edim?" düşünərək çarəsiz qaldığımız zamanlar olur.

Amma biz sizin qarşınıza pozitiv, gümrah, gözəl çıxmağa çalışırıq. Çünki bu, bizim işimizdir. Ən xoşbəxt və kədərli anınızda mahnılarımızla sizə həmdəm olmağımız da bizim işimizdir.

Əlbəttə, səhvlərimiz də olur, heyif ki, göz qabağında olduğumuz üçün səhvlərimiz də bağışlanmır. Sizin dəstəyinizi ummağımız çox təbiidir. Sosial şəbəkələrdəki ab-havanı görüb, sizinlə dərdləşdim, ürəyimdən gəldi".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər