7 İyun 2021 16:22
668
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Fidan Hacıyeva yeni layihəsini təqdim edib.

Teleqraf.com xəbər verir ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi möhtəşəm qələbəyə həsr olunan "Şuşam mənim" adlı layihənin klipi yutub platformasına yüklənib.

Fidan Hacıyeva yeni layihəsi haqda açıqlama verərkən bildirib ki, "Şuşam mənim" mahnısının bəstəkarı şəhid-pilot Rəşad Atakişiyevin həyat yoldaşı Könül Hüseynova, sözlərin müəllifi isə Xalq şairi Vahid Əzizdir: "Layihəmizin rəhbəri Könül Hüseynovaya təşəkkür edirəm. Bu gözəl musiqini o yaradıb. “Şuşam mənim”in sözləri Xalq şairimiz Vahid Əzizə aiddir. Klipin rejissoru Nail Naiboğludur. Klipdə şəhid və qazi övladları, həm də mənim tələbələrim çəkilib. Uşaqlarla işləmək mənim üçün bayramdır".

Layihənin rəhbəri Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dosenti, fəlsəfə doktoru Könül Hüseynova Şuşa azad olunduqdan sonra Xalq artistinin ona bu mövzuda əsər ifa etmək istəyini bildirdiyini deyib: "Mən də böyük məmnuniyyətlə Şuşamızın gözəlliyini, tarixi keçmişini, indiki qələbəmizi özündə əks etdirən musiqi əsərini ərsəyə gətirdim".

Klipin çəkilişləri Mərkəzi Nəbatat Bağı və Rəşid Behbudov adına Mahnı Teatrında reallaşıb. Fidan Hacıyeva klipdə üç geyimdən istifadə edib. Geyimlərdən biri isə daha çox diqqət çəkib. "Xarıbülbül"ü özündə ehtiva edən bu geyim "Yes couture" aiddir.

Klipdə çəkilən balaca istedadların da geyimləri bu moda evinə məxsusdur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər