8 İyun 2021 10:56
1 269
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleaparıcı, CVN internet kanalının rəhbəri Ülvira Qarayeva sosial şəbəkədə kitab oğurluğu hadisəsinə münasibət bildirən status paylaşıb.

Teleqraf.com xər verir ki, onun feysbukda yazdığı "O qədər kitab oğurlamışam ki" statusu müzakirələrə səbəb olub.

Aparıcı saytımıza açıqlamasında məktəb illərində kitab oğurladığını etiraf etdiyini açıqlayıb: "Ən çox Rusiyada məktəbdə oxuyarkən kitab oğurlamışam. O zaman orada kitab qıtlığı var idi. Ümumiyyətlə, kitab almaq olmurdu. Əslən naxçıvanlıyam. Naxçıvana gələndə çoxlu kitablar alıb, Rusiyaya aparırdım. Rusiyada lazım olan kitablar olmadığına görə Fyodor Mixayloviç Dostoyevski, Onore de Balzakın əsərlərini oğurlamışam. Əsasən bədii ədəbiyyat oğurlayırdım.

Kitab oxumaq istəyirsən, satışda tapa bilmirsən... Kitabxanaya gedəndə isə iki saat kitab oxuyursan. Mən də rahatlığıma baxan insan, yanımda çay, kitabı rahat oxumalı idim.

Naxçıvanda məktəb illərində kitab oğurlamışam. Bakıda tələbəlik illərində isə Mirzə Fətəli Axundov adına Milli Kitabxanaya gedirdim. İncəsənət Universitetində təhsil alırdım. Mənə lazım olmayan kitabları götürmürdüm. Yalnız bədii kitabları götürürdüm..."

Aparıcı "Hazırda həmin kitablar dururmu?" sualına cavabda deyib: "Bəziləri - Aleksandr Puşkinin, Fyodor Mixayloviç Dostoyevskinin kitabları qalıb. Hətta üzərində kitabxanada yazılan tarixlər belə var. Bununla yanaşı kitabı kitabxanadan götürürdüm, amma iki həftədən sonra onları itirirdim. Yəni kitabları qaytarmırdım. Şagird idim, elə bir problem olmurdu. Burada nə var idi?! Bu oğurluq sayılmır", - deyə cavab verib.

"Bu gün kitab mağazalarından birindən iki kitab oğurlayan şəxsin saxlanılması barədə məlumat yayıldı. O avxt kitab götürərkən qorxmurdunuz?" sualına isə belə cavab verib: "Kitabxanada bədii ədəbiyyat oxumağa kimin səbri çatır?! Kitabları götürürdüm, sonra qaytarmırdım. Doğrudan da kitab qıtlığı idi. Rusiyada kitab tapılmırdı. Amma Naxçıvanda kitablar bol idi. Hətta müəllimlərimə də Viktor Hüqonun tapılmayan kitablarını alıb, aparmışdım..."


Müəllif: Rəqsanə Həsənova