14 İyun 2021 23:54
1 907
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Rəhim Rəhimli "ATV maqazin onlarla" verilişində həmkarı Roza Zərgərli ilə qalmaqalına münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, Rəhim Rəhimli bu sözləri deyib: "Mənə musiqi qruplarının birindən zəng gəldi ki, Roza xanımın konsertində idik, pulumuzu vermədi. Bizi işlətdi, çapdı-taladı. Dedim ki, Roza Zərgərli edə bilməz. Bilirəm ki, maddi vəziyyəti də yaxşıdır, studiyası, avtomobili və sair var.

Qrup üzvlərinə dedim ki, kim olursa-olsun, pulunuzu verməyibsə, o, insanı yerlə bir edərəm. Musiqiçinin pulunu verməmək nə deməkdir? Bu mövzunu bağlayaq, Roza Zərgərli də dostumuzdur, pulu verməyibsə, onun yerinə verərik. İndi uşaqlara tapşırarıq, onların qonorarını verərlər. Çünki musiqiçinin pulunu verməmək, yaxşı şey deyil. Roza, sənə nə olub!? Allah şəfasını versin".

Qeyd edək ki, Roza Zərgərli açıqlamasında "Rəhim Rəhimli şou boznesdə bir çox sənətkarları məhv etdi",-deyə qeyd edib.




Müəllif: Rəqsanə Həsənova