16 İyun 2021 13:43
2 062
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Ayan Babakişiyeva ARB Televiziyasında şəxsi həyatı haqqında açıqlaması ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, "Bu gün həyatında özəl adam kimdir?" sualına Ayan Babakişiyeva belə cavab verib: "Üç ildir həyatımda özəl adam yoxdur. Ailəm olub, övladımı dünyaya gətirmişəm. O zaman xoşbəxt idim. Mənə həmin həyatı xatırlatmaq lazım deyil. O həyatda qalmamışam.

Hər kəs deyir ki, mahnının filan insan üçün ifa edir və s. Artıq bilmirəm repertuarıma nə seçim... Aşiq ola bilərdim, oldum da. Yalan söhbətdir, deyirlər ki, insan bir dəfə sevir. Lazım olanda on dəfə də sevir. Mən doğmalarım üçün yaşaya, ömrümü övladıma həsr edə bilərəm. Heç vaxt həyatımı özəl adama, sevgimə qurban verə bilmərəm".

Qeyd edək ki, Ayan Babakişiyevanın Selena adlı qızı var.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər