6 Noyabr 2014 20:26
2 473
12 Punto 14 Punto 16 Punto 18 Punto

Köynəyin yaxalığına əlavə olunan iri bantlar və lentlər retro dəbinə aid bir elementdir. Qadınlığı ön plana çıxarmağı xoşlayan qadınlar bu cür modellərə heyran olurlar və əlbəttə ki, qarderobunda daha çox yer verirlər. Bu stil ötən əsrin 70-80-cı illərində qadınların hələ işçi qüvvəsi kimi qəbul edilməyə təzə-təzə başladığı dövrlərdə yaranıb.

Qadınlar da kişilər kimi işə kostyumda gəlməyə başlayır. Lakin qalstuk kişi qarderobuna xas detal olduğu üçün xanımların obrazını kobud göstərirdi. Bundan sonra dizaynerlər qadınların həmkarlarından fərqləndirilməsi üçün maraqlı ideyalar fikirləşib tapırlar. Beləliklə də düyməli kişi köynəklərinin yaxalığına lentlər əlavə olunmağa başlayır. Bu detal xanımları daha zərif görünmək istəyinə dair uğurlu bir cəhd idi. Xanımlığa aid elementlər, feminizm tərzi, hətta onu heç kim başa düşməsə də, dəbdə olması əladır. Bax bu bluzkaların yaranma tarixi də beləcə baş verir. Qadınlar bununla bir daha sübut etdilər ki, onlar həm cəmiyyətə faydalı və yararlı insan ola bilər, həm hər zaman gözəl görünə, həm də ev işlərinin öhdəsindən məharətlə gələ bilərlər.

Qeyd edək ki, bu koftalar payız-qış dəbinin aktual olan tendensiyalarından biridir. Xüsusən də hər zaman şıq görünməyə can atan iş xanımlarının qarderobunun və ofis stilinin şah əsəri hesab oluna bilər. Tabloid.az yaxalığı lentlərlə bağlanan bluz dəbinə aid bir neçə nümunə toplayıb.


Müəllif:

Oxşar xəbərlər