2 Avqust 2021 12:43
6 849
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Xalq artisti Fəxrəddin Manafov 66 yaşını qeyd edir.

Teleqraf.com xəbər verir ki, Fəxrəddin Manafov ASAN Radioya müsahibə verib.

Emin Musəvinin "Ad gününüzü Qarabağlı Azərbaycanda qeyd edirsiniz?" sualına o, belə cavab verib: "66 yaşım tamam olur. Mənim üçün ikiqat bayramdır, çünki avqustun 2-də Ulu öndərimiz Heydər Əliyev Millo Kino Günü elan edib. 66 il ərzində Vətən xoşbəxtliyi yaşadım. Təsəvvür edin ki, 30 il Vətən həsrətində olasan, 44 gün ərzində o gözəl hissləri keçirəsən...

Mən həyatımda bu qədər ağlamamışdım. Hətta efirdə də qəhərimi saxlaya bilmirdim. 44 gün mənim 66 ilimin Vətən ilə bağlı olan ən xoşbəxt günləri idi.

Cənab prezident İlham Əliyev bizə, şəxsən mənə ruhi azadlığı qismət elədi. Biz 30 il idi ki, o yükün altında gəzirdik. O yükü çiyinlərimizdə, ruhumuzda, beynimizdə, yaddaşımızda, torpağımızın üstündə daşıyırdıq. Ümid edirdik, ümidlə yaşayırdıq, amma düşünürdüm ki, ay Allah, mənim ömrüm qələbəyə çatacaqmı?!

Təbii ki, nə zamansa torpaqlarımızın geri qayıdacağına inanırdım. Müzəffər Ordumuzun qarşısında baş əyirəm. Şəhidlərimizə Allah rəhmət etsin, qazilərimizi Allah qorusun.

Cənab prezident İlham Əliyevin qarşısına baş əyirəm ki, bu 44 günü bizə bəxş etdi. Bu böyük bir bayramdır. Ad günü adi bir gündür, ən gözəli odur ki, 66 yaşımda qələbə ruhunu yaşayıram".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər