Türkiyənin məşhur serialı olan "Min bir gecə"nin aktyoru Mətin Çəkməz 76 yaşında dünyasını dəyişib.
Teleqraf.com xəbər verir ki, o, xərçəngdən əziyyət çəkirdi.
Qeyd edək ki, bir çox teatr tamaşalarında oynayan və seriallara çəkilən aktyor "Min bir gecə" serialında Burxan Övliyaoğlu obrazı ilə məşhurlaşıb.