11 Noyabr 2014 20:57
1 135
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur müğənni özü və həyatındakı kişilər haqda yazdığı “Əsl sevgi” adlı kitabını təqdim edib.

Teleqraf.com Türkiyə mətbuatına xəbər verir ki, dünya şöhrətli müğənni Cennifer Lopez keçmiş həyat yoldaşı Mark Antoninin ailə qurmağa hazırlaşması xəbərinə də münasibət bildirib. İfaçı buna çox sevindiyini deyib:

“Onun adına çox sevindim. Hazırda mənim qəlbim boşdur, amma gələcəkdə nə olacaq deyə bilmərəm”.

C.Lopez keçmiş əri Mark haqda kitabında bu sözləri yazıb:

“Bizim münasibətimiz ideal deyildi, ailə həyatımız da sakit atmosferdə keçmirdi. Hələ başlanğıc zamanlardan o, əsəbi, qorxulu və təhlükəli biri idi".

Qeyd edək ki, müğənni Mark Antoni venesuellalı model Şennon de Lime ilə ailə qurmağa hazırlaşır. Markın Cennifer Lopezdən Maks və Emmi adlı əkizləri var.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər