12 Oktyabr 2021 11:02
973
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilən xalq artisti Arif Babayevin oğlu atasının səhhətindən danışıb.

Xalq artistinin oğlu Yaşar Babayev Teleqraf.com-a açıqlamasında Arif Babayevin səhhətinin normal olduğunu deyib.

"Səhhəti stabildir, xəstəxanada palatadır. Müalicəsi davam edir", - deyə söyləyib.

Qeyd edək ki, Arif Babayev ötən ilin sentyabrında insult keçirib, bir müddət əvvəl isə Türkiyədə müalicə olunub. Onun 83 yaşı var.


Müəllif: Rəqsanə Həsənova