Dünya şöhrətli amerikalı müğənni Mark Antoni və venesuellalı model Şennon de Limenin toyu olub.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, ifaçı və modelin nikah mərasimi Dominikan Respublikasında keçirilib. Daha əvvəlki nikahlarından 6 uşağı olan M.Antoni bununla da 3-cü dəfə ailə qurub.
Qeyd edək ki, dünya şöhrətli müğənni Cennifer Lopezlə 2011-ci ildə boşanan Mark Antoninin həmin evlilikdən Maks və Emmi adlı əkizləri var.
Rüstəm