Deyirlər, qadınlar hər yaşda gözəl olur.
Lakin son zamanlar kişilər daha çox 40 yaşlı qadınlara üstünlük verir. Əminliklə demək olar ki, 40 yaşlı qadınlar gənc qızlara meydan oxuya bilər. Publika.az amerikalı jurnalist, məşhur “60 dəqiqə” proqramının müəllif və aparıcısı Endi Runinin yaşı 40-dan yuxarı olan qadınlar haqda fikirlərini təqdim edir:
“Qadınların yaşı artdıqca onları daha çox qiymətləndirirəm. Bunun bir çox səbəbləri var. Məsələn, belə bir qadın gecəyarı səni yuxudan oyadıb soruşmaz: “Sən nə haqda fikirləşirsən?” Sənin nə düşünməyin onu narahat etməyəcək. Əgər o, səninlə televizor qarşısında oturub futbola baxmalı olsa, sızıldayıb deyinməyəcək. Ona maraqlı gəlməsə, ayağa durub daha maraqlı bir işlə məşğul olacaq.
Yaşı 40-dan çox olan qadın həyatda nə istədiyini bilir və özünə əmindir. Bu yaşda olan qadınlar ləyaqətli olur. Onlar çox nadir halda restoranda və ya teatrda isterika çıxarar. Bu qadınlar naşükürlüyü anladıqlarından, hər bir şeydə təşəkkür etməyi unutmurlar.
40 yaşlı qadın səni rəfiqələri ilə tanış edəcək qədər özünə əmindir. Gənc qadınlar isə rəfiqə və sevgilisini qısqandıqlarından belə tanışlıqlardan boyun qaçırırlar. Sən 40 yaşlı qadınının rəfiqəsini daha yaraşıqlı hesab etsən belə, bu, qadın üçün dərd olmaz. Qadın bilir ki, rəfiqələri ona xəyanət etməzlər.
40 yaşlı qadınların intuisiyası güclüdür. Sən heç bir şeyi etiraf etməməlisən, çünki bu qadınlar sənin haqda, demək olar, hər şeyi bilirlər. Tünd-qırmızı dodaq boyası gənc qızlara nisbətən 40 yaşlı qadınlara daha çox yaraşır. Əgər üzündəki bir iki qırışı çıxsaq, görə bilərik ki, bu qadınlar gənc qızlardan daha çox seksualdırlar.
40 yaşlı qadınlar daha səmimi olur. Əgər sən pis adamsansa, onlar bunu sənin üzünə deyəcəklər”.
Nura