14 Noyabr 2014 11:10
1 038
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında “İçəri Şəhər” adlı tammetrajlı bədii filmin çəkilişlərinə başlanılıb.

Teleqraf.com-un xəbərinə görə, gənc qızın Qarabağ müharibəsi veteranına olan sevgisindən bəhs edən filmdə baş rolları Təhminə Rafaella, Firdovsi Atakişiyev, Mehriban Zəki və Elmira Şabanova canlandırır.

Qeyd edək ki, psixoloji dram janrında olan filmin ssenari müəllifləri Təhminə Rafaella və İlqar Safat, quruluşçu rejissoru İlqar Safat, quruluşçu operatoru Luca Coassin (İtaliya), prodüseri Müşfiq Hətəmovdur. Yeni ekran əsərinin çəkilişləri Bakı və Zaqatalada aparılacaq.

Nərmin


Müəllif:

Oxşar xəbərlər