4 Noyabr 2021 17:35
4 786
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəqqasə-aktrisa Oksana Rəsulova ilə evlilik xəbərini hər kəsdən gizlədən aparıcı Şəhriyar Əbilov Teleqraf.com-un suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik.

- Şəxsi həyatınızı gizli saxladınız. Dörd il evliliyinizi gizli saxlamaqda məqsəd nə idi?

- Şəxsi həyatım haqqında məlumat vermirəm. Verilişdə açıqlama verdim, onunla da qurtardı. Verilişdə Oksana özü şokda idi, mən nə danışıram.

- Oksana Rəsulova açıqlamasında sizin Xəzər TV-də aparıcılıq etdiyi verilişə çıxacağınızı bildirmişdi.

- Bəli, oğlumuz Osmanla birlikdə Oksana xanımın verilişinə çıxacağıq. Yalnız öz verilişimiz olduğuna görə çıxmaqdan imtina etmədim. Mənə reklam lazım deyildi, sadəcə fikrimi dedim ki, sıxılmayım. Oğlumla şəkil paylaşım, rahat gəzim, insanlar başa düşsünlər. Yəni gizlətməyin xeyri yoxdur. Rahat şəkildə yaşamaq lazımdır. Fikrimi söylədim. Bundan əlavə şəxsi həyatımızla bağlı heç nə deməyəcəm. İndi qərara gəldim və açıqladım.

- Sizə inanmayanlar oldu?

- Dişimizi sıxıb saxladıq. Sensasiyaya səbəb bu oldu ki, tanışların çoxu bilmirdi, şoka düşdülər. İki-üç yaxın insanlardan başqa Oksana xanımla evləndiyimi heç kim bilmirdi.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər