Amerikalı müğənni Keti Perri 2011-ci ildə yaşadığı ağır günlər haqda qatıldığı televiziya verilişində etiraflar edib.
Teleqraf.com xarici mətbuatına istinadən xəbər verir ki, ifaçı keçmiş həyat yoldaşı Rassel Brenddən ayrıldıqdan sonra dərin depressiyaya düşüb. O, hətta intihar etmək haqqında da fikirləşdiyini bildirib:
“Çox kədərli idim. Depressiyada olarkən az qalmışdı, intihar edim”.
K.Perri bu stressdən yalnız yaradıcı fəaliyyəti sayəsində çıxa bildiyini söyləyib. Məşhur müğənni boşandıqdan sonra “Grace of God” (“Allahın lütfü”) mahnısını yazmaqla yaşadığı çətin günlərini notlara köçürdüyünü söyləyib:
“Bu mahnı kədər haqqındadır. Həqiqətən, bəzən yaşamaq çox çətin olur. Ümumiyyətlə, mənim bütün mahnılarım avtobioqrafikdir.”
Rüstəm