18 Noyabr 2021 16:07
8 169
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Nigar Şabanova (Qaragözova) hərbçi həyat yoldaşından danışıb.

Teleqraf.com xəbər verir ki, Nigar Qaragözova Xəzər televiziyasında efirə çıxmayacağını bildirib:

"Azərbaycan qadınları çox dözümlüdür, güclüdür, səbirlidir. Ailə üçün çox fədəkardırlar. Biz hər şeyimizi ailəmiz üçün fəda edəcək qədər qürurlu Azərbaycan xanımlarıyıq. Düzdür, mənim üçün bu seçim çox çətin oldu. Bir müddət söz-söhbətə səbəb oldu. Həqiqətən bir yaradıcı, incəsənət adamı üçün bu çox çətindir. Çünki bir tərəfdə sənət, bir tərəfdə isə ailənin yanımda olmalısan.

Tədricən bir az sənətdən uzaqlaşamağa başlayırsan. Məsələn, həyat yoldaşım xidmətə gedəcək. Bu mənim son efirimdir. O, gəlməyənə qədər efirə çıxa bilmərəm və sağ-salamat qayıtsın, üzüm gülsün. Allah da sanki məni onun üçün hədiyyə göndərib ki, artistliyi ailənin xətrinə bacarırsan, gülürsən, firkini yayındırmağa çalışırsan. İstər-istəməz həyəcan var".

Qeyd edək ki, Nigar Şabanova hərbçi Xəyyam Qaragözov ilə ailə qurub.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər