Xalq artisti Brilliant Dadaşovanın oğlu Cahad Hacıyev tənqdilərə məruz qalıb.
Teleqraf.com xəbər verir ki, buna səbəb Cahad Hacıyevin özünə bahalı telefon alması olub.
O, haqqındakı xoşagəlməz sözlərə reaksiya göstərib: "Sizə nə olub? Yazırsınız ki, "varlığa nə darlıq", "fransız xalqı kef edir". Telefonu 18 aylıq kreditlə almışam və ilk 33 faiz ödəniş üçün bankdan pul götürmüşəm. Mənim pulumu sayanlar, narahat olmayın, milyonçu deyiləm".