Narkotikadan istifadə etdiyinə görə axtarışda olan məşhur türk müğənnisi Dəniz Seki həbs edilib.
Teleqraf.com-un Türkiyə mediasına istinadən məlumatına görə, uzun müddətdir qaçıb gizlənən və polisdən yayınan müğənni xüsusi əməliyyatı nəticəsində yaxalanıb.
Dəniz Seki bu gün İstanbul şəhərində Esenyurt məhəlləsində gizləndiyi evində tutulub.
Qeyd edək ki,İstanbul Məhkəməsinin qərarı ilə D.Seki 6 il 3 ay həbs cəzası almışdı. Onun həbsi təxirə salınmışdı və müğənni bundan istifadə edərək qaçıb gizlənmişdi.