25 Noyabr 2021 09:17
4 873
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Elton Hüseynəliyevin həyat yoldaşı, prodüser Tamilla (Toma)
Hüseynəliyeva Teleqraf.com-un suallarını cavablandırıb.

- Elton bəy yaxın günlərdə əməkdar artist fəxri adına layiq görüldü... Xəbəri necə qarşıladı?

- Fəxri ada layiq görülməsinə çox sevindi. Ümumiyyətlə, sənəti olan insanların mükafata layiq görülməsinə ehtiyacı var.

- Nadir Qafarzadə Elton Hüseynəliyev və Xəyyam Nisanovun fəxri ad almasına sərt reaksiya vermişdi. Buna münasibətiniz necədir?

- Nadir Qafarzadə mənə zəng etdi və bildirdi ki, "Eltonun ürəkdən təbrik edirəm, amma daxilim doludur". Sözlərin Eltona aid olduğunu düşünürlər, əsla, bu belə deyil.

Çünki Nadir nadir insanlardandır, efirə çıxanda ona sual veriblər ki, kişi müğənnilərdən kimi bəyənirsən? O da cavab verib ki, Elton Hüseynəliyevi... Nadir Qafarzadə bir az emosional adamdır, kimsə onu başa düşməyə bilər. Amma o, üzərində çalışır və neçə illərdir oxuyur. Ona görə belə fikir söyləyib. O, sözlərini Eltona aid deməyib.

Fəxri ad veriləndə çox müğənninin gözləntisi olur. Bəlkə müğənnilərin içində Elton yeganə şəxsdir ki, heç vaxt fəxri ada layiq görüləcəyini gözləməyib. Bəzi müğənnilər şou-biznesdə, toy bazarında kiçik qruplaşma yaradıblar. Hərdən bizimlə danışılan toy mərasiminin başqa müğənninin apardığını görürük. Deyirəm, Elton, bu, necə oldu, toy mərasimini bizimlə danışmışdılar. O da cavab verir ki, kim aparır-aparsın, ruzini verən Allahdır.

- Elton Hüseynəliyev sizin üçün necə həyat yoldaşıdır?

- Bəzi insanlar deyirlər ki, bizim münasibətimizdə hər şey adiləşib. Məsələn, bizim ailədə elə deyil. Eltonun artıq böyük qızları var, indi vəziyyət də yaxşıdır. Onun müsbət cəhətləri çoxdur. Başqa müğənni ilə çalışmıram, Eltonun işlərini görürəm. Hər yerə birlikdə gedirik. Elton qazanır, pulu mənə verir. Pulu mənə verəndə heç vaxt soruşmaz ki, nəyə xərclədin?! Amma bir balaca səbrsiz insandır.

- Münasibətinizdə qısqanclıq varmı?

- Xaraktercə qısqanc insansansa, bu dəyişmir. Amma mən qısqanc insan deyiləm, çoxları da düşünür ki, qısqancam. Hətta hansısa məclisdə olanda istəyirəm ki, hansısa xanım həmkarları ilə şəkil çəkdirsin və sair. Məndə qısqanclıq yoxdur, çünki onu başa düşə bilərəm. Telefonum və İnstaqram səhifəm ondadır, onunku məndədir.

Deyim ki, Elton iki ilə yaxındır telefondan istifadə etmir. Buna bir yerdə qərar verdik. Bir az telefon zənglərinə məsuliyyətsiz yanaşır. Yatanda telefonu söndürür və başqa vaxt zəng gələndə cavab vermir. Buna görə dost-tanışlar inciyirdilər. O da problem olmasın deyə telefon işlətməməyə qərar verdi. Amma daim iş nömrəsi açıqdır, kimsə danışmaq istəyəndə ona verirəm.

- Qeyd etdiniz ki, Elton bəyin İnstaqram səhifəsini siz idarə edirsiniz. Xanımlar Elton bəyə mesaj yazırlar?

- Bəli, xanımlar İnstaqramda mesaj yazırlar, şəkillər göndərirlər. Bu, normal haldır və olmalıdır. Amma bir söz deyim, biri var ki, sənətinə görə sevgisini bildirirlər, biri də var başqa mənada... Bir insanın ki, özü boyda qızları var, elə bir insana sevgi etirafı nə dərəcədə düzgündür!?

- Bir müddət əvvəl şəxsi həyatınızla bağlı problem yaşadınız. Ümumiyyətlə, ailəni qorumaq vəzifəsi kişinin, yoxsa qadının üzərinə düşür?

- Bu, Eltonun öz qərarı idi. Mən psixoloq kimi onu anlayıram. Sənət adamları fərqli olurlar. Xanımlar var ki, həyat yoldaşlarına deyirlər ki, saat 10-da oyan və uşaqları məktəbə apar,
evə gələndə filan əşyanı al. Mən bunu heç vaxt etmərəm.

Ailəni qorumaq deyəndə yaş keçdikcə başa düşülür ki, insana ailəsi qədər heç kim yaxın ola bilməz. Əsl dostun elə ailəndir. Nə xoş insana ki, onu dərk edib, başa düşən ailəsi var.









Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər