25 Noyabr 2021 12:55
3 111
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın ən tanınmış şahmatçılarından biri, beynəlxalq qrossmeyster Teymur Rəcəbov rusiyalı xalq artisti Lyudmilla Maksakovanın nəvəsi Anna Maksakova ilə nişanlanıb.

Teleqraf.com xəbər verir ki, Teymur Rəcəbov İnstaqramda hekayə bölümündə Anna Maksakova ilə Dubayda çəkilən fotosunu paylaşıb.

Anna Maksakova isə şəxsi İnstaqram səhifəsində foto paylaşaraq "Nişanlım Teymur Rəcəbov ilə", - deyə vurğulayıb.

Qeyd edək ki, Teymur Rəcəbov 2011-ci ildə Dövlət Neft Şirkətinin vitse-prezidenti Elşad Nəsirovun qızı Elnarə xanımla ailə həyatı qurmuşdu. Onun bir qızı var.


Müəllif: Rəqsanə Həsənova