30 Noyabr 2021 17:48
1 512
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Lalə" qızlar ansamblının keçmiş solisti Elmira Əliyeva xəstəxanadan evə buraxılıb.

Teleqraf.com-a açıqlamasında Elmira Əliyeva maddi köməyə ehtiyacı olduğunu deyib: "Ötən gün xəstəxanadan buraxıldım. Evdə müalicəm davam edir, amma dərman almağa pulum yoxdur. Dərman içməsəm, yenə şişkinlik olacaq. 35 il səhnədə konsertlər vermişəm. Çörək almağa pulum yoxdur. Səhhətim zəifləyib, vəziyyətim çox ağırdır".

Qeyd edək ki, Elmira Əliyeva ürək çatışmazlığından əziyyət çəkir.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər